“Bəzi futbolçuların üzgün olduğunu bilirəm, amma…” – Setyen

İspaniyanın “Barselona” klubunun baş məşqçisi Kike Setyen futbolçusu Antuan Qrizmannla bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, 61 yaşlı mütəxəssis, Qrizmannın az şans qazanması ilə bağlı danışıb:

“Qrizmann çox yaxşı və peşəkar futbolçudur. O, zehni olaraq güclüdür və bilirəm ki, meydana çıxması lazım olanda, buna yüz faiz hazır olur. Antuan komanda üçün çox vacibdir. O oynayanda, məndən Ansu Fatini soruşurlar. Bəzi futbolçuların üzgün olduğunu bilirəm, amma hər kəs eyni anda oynaya bilməz. Kimin oynayacağına mən qərar verirəm və məsuliyyət daşıyıram. Qrizmann futbolçunun həyatında bu cür halların olduğunu başa düşür”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button