Bəybalayevli “Telavi” doğma meydanda uduzdu

Futbol üzrə Gürcüstan çempionatında 7-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin formasını geyindiyi “Telavi” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Batumi “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Vüqar da bu görüşün iştirakçısı olub. 27 yaşlı futbolçu start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. O, 41-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Qeyd edək ki, “Telavi” cari mövsümdə keçirdiyi 7 oyunda cəmi 6 xal toplayıb və 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button