“Bəlkə də, tunelin sonunda işıq görünmür, amma…” – Maldini

İtaliya A Seriyasının 6-cı turu çərçivəsində “Fiorentina”ya 1:3 hesabı ilə məğlub olan “Milan”ın texniki direktoru Paolo Maldini açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Marko Campaolonun vəzifəsindən ayrılacağı ilə bağlı yayılan iddialar haqqında danışan 51 yaşlı sabiq futbolçu, ona dəstək olub:

“Komandaya bir məşqçi təyin etmişik və onu müdafiə edəcəyik. Ona daha çox vaxt vermək ən düzgünüdür. Problemlərlə üzləşəcəyimizi bilirdik, amma 6 oyundan 4-də məğlub olacağımızı gözləmirdik. Bundan başqa, oyun keyfiyyəti də ürəkaçan deyil. Bəlkə də, tunelin sonunda işıq görünmür, amma məşqçimizin də dediyi kimi, çox çalışaraq bu vəziyyətdən çıxa bilərik”.

Cari mövsümdə A Seriyasında keçirdiyi 6 turdan sonra 6 xal toplayan “Milan” turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button