“Bəxtimiz gətirdi” – “Bazel”in baş məşqçisi

İsveçrənin “Bazel” komandasının baş məşqçisi Patrik Rahmen Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Rahmen, 0:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Maraqlı və sürətli oyun oldu. Meydanda eyni səviyyəli komandalar var idi. Üstün olan tərəf “Qarabağ” idi. İkinci hissədə təzyiqi daha da artırdılar. Son dəqiqələrdə bəxtimiz gətirdi. Qol buraxa bilərdik. Çox hərəkətli oyun oldu. “Qarabağ” öz potensialını göstərdi.
  • Bu gün 1 xal qazandız, yoxsa 2 xal itirdiz?
  • Ümumi oyunu nəzərə alsaq, bir xal qazandıq. Üstünlük rəqibdə idi. Şanslar yaratsaq da, sonluq yox idi. Rəqibin cərimə meydançasına çox girə bilmədik.
  • Qrup mərhələsinin püşkatmasından sonra daha güclü rəqiblər görmək istədiyinizi demişdiz. İndi də bu fikirdəsiz?
  • Belə deməmişəm. Demişəm ki, azarkeşlər ola bilsin klubların adlarına görə oyunlara maraqlı olmasın. Əksinə, klubların güclü olduğunu demişəm.
  • Qrupun ən güclüsü “Qarabağ” və “Bazel”dirmi?
  • “Qarabağ” çox güclü rəqibdir. “Kayrat” haqda məlumatım yoxdur. “Omoniya” ilə Kiprdə oynamaq çətindir. “Qarabağ”a böyük hörmətlə yanaşıram.
  • “Bazel” bu oyunla qrupdan çıxa biləcək?
  • Cərimə meydançasına girə bilməsək, yox.
  • Nəticədən razı qaldız?
  • Bəli, nəticədən razıyam.
  • İsveçrə mətbuatı “Qarabağ”ı güclü rəqib hesab etmirdi. Ölkənizə qayıdanda “Qarabağ”ın gücündən danışacaqsızmı?
  • Dünən isveçrəli jurnalistlərlə virtual konfransımız olub və bildirmişəm ki, “Qarabağ” güclü komandadır.
  • Komandanızı ruhlandırmaq üçün nə edəcəksiz?
  • Bakıdan özümüzlə bir xal aparırıq. Qrupun favoriti ilə oynadıq. Çalışacağıq ki, bütün ev oyunlarımızda qələbə qazanaq.

Şahin Cəfərov