“…bəlkə də, bir gün o, “Napoli”nin futbolçusu olacaq” – Ançelotti

İtaliyanın “Napoli” klubunun baş məşqçisi Karlo Ançelotti Xames Rodriqeslə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, adı uzun müddətdir Neapol təmsilçisi ilə yanaşı çəkilən kolumbiyalı futbolçunun transferi haqqında danışan 60 yaşlı mütəxəssis, Xamesi heyətdə görmək istədiyini deyib:

“Təəssüf ki, hazırda Xames Rodriqes “Napoli”nin futbolçusu deyil. Bəlkə də, bu, heç bir zaman baş verməyəcək, bəlkə də, bir gün o, “Napoli”nin futbolçusu olacaq. Biz komandada səviyyə istəyirik”.

“Bavariya”da icarə əsasında keçirdiyi iki mövsümün ardından müqaviləylə məxsus olduğu “Real”a qayıdan 27 yaşlı futbolçu ilə “Napoli” ilə yanaşı, “Atletiko”nun da maraqlandığı bildirilir.