“Bəlkə də, bir çox futbolçu belə bir dəyişikliyə razı olmaz” – Yeni transfer

“Çelsi”dən “Arsenal”a transfer olunan David Luiz yeni klubunda ilk açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu, “topçular”a transferi haqqında danışıb:

“Bu, bir futbolçu kimi həyatımda, karyeramda yeni mərhələdir. Belə böyük bir klubda oynayacağım üçün şadam. Uşaqlıqdan “Arsenal”ın matçlarını, xüsusilə də, böyük futbolçuların iştirak etdiyi oyunları izləyirdim. İndi isə bu kluba kömək etmək istəyirəm.

Karyeramın “Çelsi” mərhələsi bitdi. “Çelsi” rəhbərliyi ilə söhbətim oldu, başqa böyük bir kluba getmək şansım vardı. Dəyişiklikləri hər zaman sevirəm, yeni nələrsə sınamaqdan qorxmuram. Bəlkə də, bir çox futbolçu belə bir dəyişikliyə razı olmaz. Sadəcə daha böyük işlər görməyə çalışıram. İndi “Arsenal”dakı karyeramın başlamasını səbirsizlikə gözləyirəm”.