“Bəhlulun milliyə çağırılacağını gözləyirdim” – Qurbanov

“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanovun Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Neftçi” ilə qollu bərabərə qaldıqları olduqları oyundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Qurbanov 1:1 hesabıyla bitən matçı belə şərh edib:

  • Gərgin və mübarizəli oyun olacağını gözləyirdik. İlk hissə istədiyimiz oyunu oynaya bilmədik. Hesabda geriyə düşsək də, futbolçularım xarakter göstərdilər. Bir xal qazandıq. Mübarizəyə görə futbolçularımı təbrik edirəm.
  • Gücünüzü kuboka, yoxsa Premyer Liqaya qoyacaqsız?
  • Hər ikisi üçün mübarizə aparacağıq. Həm kubok, həm də çempionat bizim üçün vacibdir.
  • Elvin Camalovun əvəzlənməsi nəylə nağlıdır?
  • Kiçik zədəsi var idi. Onun üçün Sabien Lilayla əvəzlədim.
  • “Qəbələ”dən heç bir futbolçunun milliyə çağırılmaması sizi təəccübləndirdimi?
  • Əlbəttə. Ola bilər ki, baş məşqçi Xorvatiya ilə oyun üçün müəyyən sistem qurub. Onun qərarıdır. Hər futbolçum layiqdir. Bəhlul Mustafazadənin çağırılmasını gözləyirdim.

Şahin Cəfərov