Bəhlul Mustafazadə də FİFA-ya şikayət edəcək

“Sabah”dan ayrılaraq “Əl-Əyn” klubuna keçməyə hazırlaşan Bəhlul Mustafazadə transferindən son anda imtina edən BƏƏ təmsilçisinin bu addımına münasibət bildirib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin üzvü “Instagram” hesabında ərəblərin onu aldatdığını, buna görə FİFA-ya şikayət edəcəyini bildirib.