“Bəhanə gətirsək, ayıb olar” – Alba

“Barselona”nın müdafiəçisi Jordi Alba La Liqanın 24-cü turunda “Kadis”lə bərabərə qaldıqları oyunu şərh edib.

Komanda.az xəbər verir ki, AS nəşrinə danışan ispan futbolçu, 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Bizim günahımızdır. Üstün tərəf olsaq da, qələbə qazana bilmədik. İrəliləmək üçün yaxşı şansımız var idi. Hələ qarşıda çox oyun var. Şanslarımızı dəyərləndirməliyik. Heç bir bəhanəmiz yoxdur. Bəhanə gətirsək, ayıb olar”.