Bədavi Hüseynovun durumuna aydınlıq gəldi

Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə yoxlama matçında zədələnən “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov tibbi müayinədən keçib.

Komanda.az xəbər verir ki, futbolçunun ayağında əzələ dartılması aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hüseynov ən azı 5 gün yaşıl meydanlardan kənar qalacaq. “Qarabağ”ın iyulun 10-da Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı “Partizani” ilə oyunda müdafiəçinin adının oyunun iştirak ərizəsində olub-olmaması isə həkimlərin son qərarından sonra məlum olacaq.