FİFA-dan AFFA-ya başsağlığı

Azyaşlı futbolçu Şəhriyar Qurbanovun həlak olmasına görə FİFA-dan AFFA-ya başsağlığı məktubu daxil olub.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. FİFA-dan göndərilən məktubda bunlar qeyd olunub:

“Bu məktubla azyaşlı futbolçu Şəhriyar Qurbanovun bu yaxınlarda dünyasını dəyişməsi ilə bağlı səmimi və dərin hüznlə başsağlığımızı ifadə etmək istərdik. Şəhriyarın ailəsinə, Naftalan futbol klubundakı komanda yoldaşlarına, dostlarına və sevdiklərinə dərin hüznümüzü çatdırır, bu çətin zamanda sözlərimizin sülh və təsəlli verəcəyinə ümid edirik”.