UEFA açıqladı: Azarkeşləri “Qarabağ”ı 1-ci etdi FOTO

UEFA, 2019/2020 mövsümündə avrokubokların qrup mərhələsində iştirak edən və azarkeşləri rəsmi sosial şəbəkə hesablarında ən aktiv olan klubların adlarını açıqlayıb.

Komanda.az xəbər verir ki, siyahının ilk pilləsində son Azərbaycan çempionu “Qarabağ”dır. Bu mövsüm Avropa Liqasında iştirak edən Ağdam təmsilçisinin izləyicilərinin orta fəallıq göstəricisi 29,9-dur. İkinci yerdə 23,7 göstərici ilə Serbiya “Srvena Zvezda”sı, 3-cü isə 21,5 göstərici ilə Hollandiya “Ayaks”ıdır.

Sosial şəbəkələrdə ən çox izləyicisi olan klub isə Madrid “Real”ıdır. “Kral klubu”nun 222 milyon izləyicisi var.

UEFA bu statistikanı “facebook”, “instagram”, “youtube” və “tvitter”də iyul ayı üçün olan göstəricilər əsasında hazırlayıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button