Azarkeşləri “Neftçi”ni ziyana saldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqanın 17-ci turunun “Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur.

“Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

17-ci turun “Səbail”  – “Zirə” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

1-ci divizionun 16-cı turunun “Qəbələ-2”  – “Keşlə-2” oyununda “Qəbələ-2″nin futbolçusu Hüseyn Mürsəlov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

16-cı turun “Qaradağ Lökbatan”  – “Neftçi-2” oyununun 42-ci dəqiqəsində “Neftçi-2” klubunun futbolçusu Mirabdulla Abbasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur.

16-cı turun “Sabah-2” – “Turan Tovuz” oyununda “Sabah-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

16-cı turun MOİK – “Zirə-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur.

MOİK klubu vaxtında protokolu tərtib etmədiyi üçün klub 80 manat cərimə olunur.

“Zirə-2” klubunun futbolçusu Nicat Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

16-cı turun “Zaqatala” – “Səbail-2” oyununda “Zaqatala” klubu oyun günü planına riayət etmədiyi üçün klub 80 manat cərimə olunur.

“Zaqatala” klubunun futbolçusu Vüsal Şabanov oyunun 42-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

“Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button