Azarkeşi vuran Neymar cəzasız qaldı

Fransa məhkəməsi keçən mövsüm ölkə kubokunun finalında, “Renn”lə keçirilən oyunda azarkeşlə insident yaşayan PSJ-nin hücumçusu Neymarla bağlı qərar verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 2:2 hesabı ilə başa çatan oyundan sonra azarkeşi yumruqla vuran hücumçu cəzalandırılmayacaq. Belə ki, Neymara yazılı xəbərdarlıq edən məhkəmə, ona qarşı heç bir tədbirin görülməyəcəyini bildirib.

Penaltilər seriyasında məğlub olan PSJ-li futbolçular mükafatlandırma mərasiminə gedərkən, bir azarkeş Neymara “futbol oynamağı öyrən” deyib. Buna qəzəblənən braziliyalı futbolçu, azarkeşi yumruqla vurub və ordan uzaqlaşıb. Bundan sonra həmin azarkeş futbolçuya qarşı məhkəmə iddiası qaldırmışdı.