Azərbaycanlılar bir-birinə rəqib oldu – Tbilisidə

Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal uğrunda görüşdə bir-birilərinə rəqib olublar.

Komanda.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançılardan Rövşən Əliyev ardıcıl olaraq İrakli Kupatadze (Gürcüstan) və Aybek Omırova (Türkmənistan) qalib gəlsə də, yarımfinalda Temur Nozadzeyə (Gürcüstan) uduzub.

Eyni çəkidəki Turan Bayramov 1/8 finalda Allan Kuvabaradan (Braziliya) güclü olub. O, növbəti raundda Giorgi Sardalaşviliyə (Gürcüstan) məğlub olub. Təsəlliverici görüşdə Bekirbek Morgoyevi (Ukrayna) məğlub edən idmançı bürünc medal uğrunda görüşdə Rövşən Əliyevə rəqib olub. Beləliklə, Azərbaycan millisi “Böyük Dəbilqə”də ilk medalı təmin edib.

66 kq-dakı İsmayıl İbrahimov 1/16 finalda Yevgeni Qonçarkoya (Ukrayna) yenilib. Eyni çəkidəki İbrahim Əliyev Sərdar Rahimov (Türkmənistan) və Erik Takabatakenin (Braziliya) müqavimətini qırsa da, 1/4 finalda Giorgi Tutaşvili ilə bacarmayıb. O, təsəlliverici görüşdə Muxriddin Tilovovla (Özbəkistan) dueldən də məğlub ayrılıb.

Qadınların yarışında 48 kq-dakı Şəfəq Həmidova 1/8 finalda Nataşa Ferreyraya (Braziliya), Aişə Qurbanlı isə Amber Qersjesə (Niderland) uduzub.

“Böyük Dəbilqə” iyunun 5-də başa çatacaq. Azərbaycan yarışda 10 cüdoçu ilə təmsil olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button