Teymur Rəcəbovun İddiaçılar Turnirindən imtinasının səbəbi – açıqlama

Azərbaycanlı şahmatçı Teymur Rəcəbovun İddiaçılar Turnirindən imtina etməsinin səbəbi bəlli olub.

Komanda.az xəbər verir ki, bu barədə şahmatçının atası Boris Şeynin ARB telekanalına açıqlamasında deyib. Şeynin, Teymurun koronavirus epidemiyası səbəbindən İddiaçılar Turnirindən imtina etdiyini bildirib.

İddiaçılar Turnirində iştirak edən iki çinli şahmatçı, məşqçi və onların nümayəndələri yarışdan əvvəl Rusiyada 14 gün karantində qalacaq, biri isə birbaşa yarışda iştirak edəcək. Şahmatçılardan birinin koronavirusa yoluxacağı zaman FİDE-nin təhlükəsizlik səviyyəsinin yüksək olmaması səbəbindən Teymur yarışdan imtina edib.

Teymur əvvəlcə FİDE-yə yarışın vaxtının dəyişdirilməsiylə bağlı müraciət etsə də, müraciəti müsbət cavablanmayıb və o da yarışdan çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button