Azərbaycanlı oyunçu ermənilərə görə heyətdən kənarlaşdırılıb?

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin sabiq üzvü Katerina Jidkova çıxış etdiyi AEK klubundan (Yunanıstan) kənarlaşdırılıb.

Komanda.az xəbər verir ki, idmançı Afinada komanda ilə hazırlıqlara başlasa da, o, sifariş ərizəsinə daxil edilməyib. Bu barədə “Fosonline” nəşri məlumat yayıb.

Rəsmi açıqlamada bildirilir ki, buna baş məşqçi Kostas Arseniadisin voleybolçunun oyununu bəyənməməsi səbəb olub.

Amma iddialara görə, Jidkova Ermənistan – Azərbaycan münasibətlərinə görə qovulub və oyunçunun AEK-də olması ermənilər tərəfindən problem kimi qəbul ediləcək. 

Jidkova AEK-ə sentyabr ayının ortalarında keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button