Azərbaycanlı hakimlər KONKAKAF turnirinə təyinat aldılar

Mayın 14-dən 23-dək İsveçrənin Nyon şəhərində UEFA tərəfindən hakimlər üçün təşkil olunmuş “Core Development” kurslarında iştirak edən və kursu uğurla başa vuran Elçin Məsiyev, Elşad Abdullayev və Qəzənfər Məmmədov beynəlxalq təyinat alıb.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, azərbaycanlı hakimlər bu il avqustun 2-dən 12-dək 15 yaşadək futbolçular arasında ABŞ-ın Florida ştatında təşkil ediləcək KONKAKAF turnirinin oyunlarını idarə edəcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button