Azərbaycanlı futbolçuların klubu milli üzvüylə gücləndi

Azərbaycanlı futbolçular Azər Əliyev və Turqay Möhbalıyevin formasını geyindiyi “Ufa” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Özbəkistanın “Lokomotiv” klubundan Oston Urunovu heyətinə qatıb. Bu barədə “Ufa”nın rəsmi saytı məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Özbəkistan milli komandasının da üzvü olan Urunov, 2019-cu ildə sözügedən ölkədə ilin ən yaxşı gənc futbolçusu seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button