Azərbaycanlı futbolçu BƏƏ-də

Azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Spartak” klubu təlim-məşq toplanışı üçü Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yola düşüb.

Komanda.az xəbər verir ki, Mosvka təmsilçi qış hazırlıq planının ilk mərhələsini Əbu-Dabidə keçirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. BƏƏ-nin paytaxtında keçiriləcək təlim-məşq toplanışı yanvarın 24-nə qədər davam edəcək.

“Spartak”ın baş məşqçisi Domeniko Tedesko təlim-məşq toplanışına 26 futbolçu dəvət edib. Toplanışda iştirak edən futbolçular arasında azərbaycanlı yarımmüdafiəçi Ayaz Quliyev də yer alıb.

Moskva klubundan ayrılacağı gözlənilən Ayaz, bu mövsüm Rusiya Premyer Liqasında 11 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button