“Azərbaycanla oyunda favorit olmağımız heç nəyi həll etmir”

Futbol üzrə Macarıstan yığmasının yarımmüdafiəçisi Dominik Soboslay AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində iyunun 8-də Bakıda Azərbaycan millisinə qarşı keçiricəkləri oyun öncəsi fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, “Zalsburq”un 18 yaşlı futbolçusu federasiyanın rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Hazırlığa ötən həftədən başlamağımız xeyirimizədi. Hər gün məşq etmək yaxşıdı. Bizi qarşıda 2 çətin oyun gözləyir. Azərbaycan millisinin oyununu analiz etməyə başlamışıq. Ona görə də deyə bilərəm ki, bizim üçün asan oyun olmayacaq. Bəlkə də kağız üzərində favorit bizik. Amma Xorvatiyanı məğlub etdikdən sonra bilirik ki, bu, heç nəyi həll etmir”.

İyunun 8-də 8-ci km stadionunda keçiriləcək Macarıstan – Azərbaycan oyununa Bakı vaxtı ilə 20:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button