“Azərbaycanla neytral meydanda oynayacağımız üçün rahatıq” – Monteneqro millisinin üzvü

UEFA Millətlər Liqasının növbəti turunda Azərbaycan yığması ilə qarşılaşacaq Monteneqro millisinin futbolçusu Dino İslamoviç və Aleksandar Bolyeviç açıqlama verib.

Komanda.az xəbər verir ki, Qazaxıstan millisi ilə keçirilən yoxlama oyunundan (0:0) sonra danışan İslamoviç, Azərbaycanla görüşün fərqli olacağını bildirib:

“Düşünürəm ki, yaxşı futbol oynamağa çalışdıq, amma çətin matç oldu. Qol vura bilərdik, bunun üçün şanslarımız da oldu. Azərbaycan və Kiprlə oyunun fərqli olacağını düşünürəm. Ümid edirəm ki, Lüksemburq millisi azı bir oyunda məğlub olacaq”.

Bolyeviç isə Azərbaycan millisi ilə oyunun neytral meydanda keçirilməsinə sevindiyi bildirib:

“Bu cür yoldaşlıq oyunları çətin olur. Əsas odur ki, məğlub olmadıq. Bizi iki oyun gözləyir. Azərbaycan millisi ilə ilk oyunda (2:0) onlardan yaxşı olduğumuzu göstərdik. Azərbaycanla neytral meydanda oynayacağımız üçün rahatıq. Qalib gəlməli və Lüksemburqun xal itirməsinə ümid etməliyik”.

Azərbaycan – Monteneqro oyunu noyabrın 14-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button