Azərbaycanlı dünya çempionu peşəkar boksda nokautla qələbə qazandı

Azərbaycanın üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov peşəkar boksda növbəti döyüşünü keçirib.

Komanda.az xəbər verir ki, 33 yaşlı idmançı Puerto Riko təmsilçisi Sahret Delqado ilə üz-üzə gəlib. ABŞ-ın Florida ştatında keçirilən qarşılaşmada Məcidov üçüncü raundda rəqibini nokauta salaraq qələbə qazanıb. Bu, Məcidovun karyerasında üçüncü döyüşü olub.

Məhəmmədrəsul Məcidov daha əvvəl ABŞ təmsilçisi Ed Fonteynə və britaniyalı Tom Littlaya qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button