Məcidov peşəkar boksda çıxdığı ilk döyüşündə nokautla qalib gəldi

Azərbaycanın üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov peşəkar boksda ilk döyüşünü keçirib.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov “instagram” hesabından məlumat yayıb.

33 yaşlı boksçunun rəqibi ABŞ təmsilçisi Ed Fonteyn olub. Nyu-Yorkdakı “Medison Skver Qarden”də keçirilən qarşılaşma Məcidovun qələbəsi ilə yekunlaşıb. Məcidov üçüncü raudda texniki nokautla qələbə qazanıb.

Ed Fonteyn peşəkar rinqdəki 12 döyüşündə 7 qələbə qazanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button