Azərbaycanın qadın güləşçiləri üçün AÇ-də uğursuz gün

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, dördüncü yarış günündə iki qadın güləşçimiz mübarizəyə qoşulub.

Tatyana Varansova debütdə rusiyalı rəqibinə məğlub olub. Ancaq rəqib finala yüksəldiyi üçün Varansova bürünc medal görüşünə çıxıb. Ancaq həmyerlimiz Moldovadan olan güləşçiyə də bata bilməyib.

İrina Netreba startda Belarus güləşçisinə qalib gəlib. Yığmamızın üzvü 1/4 finalda Bolqarıstan təmsilçisi üzərində də inamlı qələbə qazanaraq yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında ukraynalı ilə rəqibinə uduzan Netreba bürünc medal görüşünə çıxıb. Rumıniya güləşçisiylə gərgin keçən mübarizədə minimal fərqlə məğlub olan İrina 5-ci yerlə kifayətlənib.

53 kq
1/4 final: Tatyana Varansova – Olqa Xoroşavtsova (Rusiya) 0:4
Bürünc medal görüşü: Tatyana Varansova – Yuliya Leorda (Moldova) 0:10

65 kq
1/8 final: İrina Netreba – Tatyana Pavlova (Belarus) 2:0
1/4 final: İrina Netreba – Sofiya Georgiyeva (Bolqarıstan) 10:4
1/2 final: İrina Netreba – Tatyana Rijko (Ukrayna) 1:11
Bürünc medal görüşü: İrina Netreba – Krişta İnçe (Rumıniya) 3:4

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button