“Azərbaycanın necə oynayacağını maraqla gözləyirik” – Daliç

“Rəqibimizin yalnız son oyunlarını izləmişəm. Çünki əvvəlki görüşlərin əhəmiyyəti yoxdur. Hər bir baş məşqçi öz fəlsəfəsini ortaya qoyur. İndi də yeni mütəxəssisdir. Necə oynayacaqlarını maraqla gözləyirik”.

Komanda.az xəbər verir ki, bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç Azərbaycan millisi ilə keçirəcəkləri 2020-ci il Avropa çempionatının seçmə qrup matçından əvvəl “Maksimir” stadionundakı mətbuat konfransında deyib. 53 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

  • Həmkarınız və həmyerliniz Nikola Yurçeviç barədə hansı fikirdəsiniz?
  • Açığı, başqa mütəxəssisin rəhbərlik etdiyi komandaya qarşı oynamaq daha yaxşı olardı. Çünki ondan heç nəyi gözləmək imkanımız yoxdur. Təcrübəli mütəxəssisdir, uzun illər Slaven Biliçin köməkçisi kimi çalışıb. Bu, böyük göstəricidir.
  • Azərbaycan kimi rəqibə qarşı dünya ikincisinin hazırlanması nə qədər çətindir?
  • İndi fərqli oyuna hazırlaşırıq. Topa daha çox nəzarət etməyi düşünürük. Ancaq əks-hücumlara köklənməyəcəyik. İlk oyunumuzdur və özümüzə heç bir stress hazırlamırıq. (Report)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button