Tokio-2020: Sotomayor da uduzdu

Azərbaycanın daha bir boksçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Komanda.az xəbər verir ki, 69 kq-da çıxış edən Lorenzo Sotomayor 1/16 finalda gürcüstanlı Əsgərxan Mədiyevlə qarşılaşıb.

Qaşından zədələnən Sotomayor görüşü başa vura bilməyib və yekunda texniki məğlubiyyət alaraq, mübarizəni dayandırıb.

Daha əvvəl 57 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev ilk döyüşündə məğlub olaraq mübarizəni dayandırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button