“Azərbaycanın çox texnikalı güləşçiləri var”

Yunan-Roma güləşi üzrə Hindistan yığması martın 5-dən ölkəmizdə təlim-məşq toplanışı keçir.

Komanda.az xəbər verir ki, İki ölkənin millisi Olimpiya Güləş Mərkəzində lisenziya yarışına birgə hazırlaşır.

Qonaq komandada baş məsləhətçi funksiyasını yerinə yetirən gürcü mütəxəssis, dünya çempionu Temo Kazaraşvili toplanışın gedişi və buradakı şəraitlə bağlı Azərbaycan Güləş Federasiyasının saytına açıqlama verib:

“Azərbaycana yüksək səviyyədə təlim-məşq toplanışı keçmək üçün gəlmişik. Hazırlıq prosesi çox yaxşı gedir. Hər şey normaldı. Düzdü, yığmamızın üzvləri hələ formada deyil. Ancaq müşahidələrimə əsasən deyə bilərəm ki, tezliklə, forma yığacaqlar. Son Asiya çempionatında qızıl medal qazanan Sunil Kumar (87 kq), bürünc medalçılar Aşu Aşu (67 kq) və Herdep Sinq (97 kq), o cümlədən yanvarda İtaliyada keçirilən beynəlxalq turnirin qalibi olan Qurpret Sinq (82 kq) bu toplanışda iştirak edir.

Sizin çox yaxşı komandanız var. Fikrimcə, Hindistan güləşçiləri Azərbaycanın təcrübəli pəhləvanlarından nəsə götürə bilər. Bura gəlməyimizdə əsas məqsəd də budu. Çox texnikalı güləşçiləriniz var. Parterdə əla güləşirlər. Komandanıza bütün çəkilərdə Olimpiadaya lisenziya qazanmağı arzulayıram.

Olimpiya Güləş Mərkəzinə söz ola bilməz. Mən son illər heç yerdə belə mükəmməl güləş zalı görməmişəm. Zalda 14 güləş xalçası var. Bu isə onu göstərir ki, Azərbaycanda güləşə dövlət tərəfindən diqqət və qayğı göstərilir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button