Azərbaycanı avrokuboklarda təmsil edəcək klublar bəlli oldu

Azərbaycanı avrokuboklarda təmsil edəcək bütün komandaların adına aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, son olaraq ölkə kubokunun finalında “Sumqayıt”a 2:1 hesabı ilə qalib gələn “Keşlə” Avropa Konfrans Liqasında iştirak hüququ qazanıb.

Premyer Liqanı 39 xalla 3-cü pillədə bitirən “Sumqayıt” da 57 xalla ikinci olan “Qarabağ”la birlikdə Avropa Konfrans Liqasında mübarizə aparacaq.

59 xalla çempion olan “Neftçi” isə UEFA Çempionlar Liqasında çıxış edəcək. Azərbaycan təmsilçilərinin hamısı mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq.

Qeyd edək ki, ötən mövsüm də Azərbaycan avrokuboklarda məhz bu dörd klubla təmsil olunmuşdu. Lakin o zaman “Qarabağ” UEFA Çempionlar Liqasında, “Neftçi”, “Keşlə” və “Sumqayıt” isə Avropa Liqasında iştirak hüququ qazanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button