“Azərbaycanda gözləmədiyimiz nəticə ilə qarşılaşa bilərik”

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sabah Polşa yığması ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, qarşılaşmadan öncə hər iki yığmanın baş məşqçisi AFFA-nın rəsmi saytına açıqlama verib.

Siyasət Əsgərov: “Rəqibin gücü hamıya bəllidi. Qrupun ən güclü komandası İspaniya ilə evdə 0:0 hesablı heç-heçə ediblər. İspaniyanın isə qadın futbolunda hegemon olması heç kimə sirr deyil. Polşa millisi də onlardan geri qalmır. Heyətində Avropanın aparıcı klublarıbda çıxış edən futbolçuları var. Çətin oyun olacaq. Cəzalı futbolçularımızın olmasına baxmayaraq, komanda olaraq oyuna tam hazırıq. Çalışacağıq ki, evdə keçirdiyimiz oyunda xal qazanaq.

Polşanın qrupda keçirdiyi oyunları izləmişik. Müdafiədə, hücumda necə oynadıqlarını bilirik. Əsasən sürətli oyuna üstünlük verirlər, uzun ötürmələrdən istifadə edirlər. Rəqibin oyun üslubuna görə öz oyunumuzu quracağıq”.

Miloş Stepinski: “Uçuşumuz uzun çəksə də, nəhayət Azərbaycandayıq. İki ölkə arasında saat fərqinə rəğmən uyğunlaşdığımızı deyə bilərəm. Sabah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Azərbaycanın İspaniya və Çexiya ilə oyunlarını izləmişik. Bizim üçün çətin oyun olacaq. Rəqib çox intizamlı və gənc komandadı. 5-4-1 taktiki düzülüşü ilə mübarizə aparır. Xüsusən, müdafiədə daha yaxşı təsir bağışlayır. Azərbaycanın Moldova yığmasına məğlub olmasına baxmayaraq, daha yaxşı təsir bağışlamışdı. Oyuna tam hazırıq, bununla belə, gözləmədiyimiz nəticə ilə qarşılaşa bilərik”.

Qeyd edək ki, martın 11-də “ASK Arena”da keçiriləcək bu oyuna saat 18:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button