Azərbaycanda bütün uşaq komandaları məşqləri dayandırdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klubların hamısının aşağı yaş qruplarındakı komandalarında məşqlər dayandırılıb.

Komanda.az xəbər verir ki, ötən gün “Neftçi” və “Zirə” akademiyalarındakı komandaların martın 10-dək olan məşqlərinin ləğv olunduğunu açıqlamışdı.

Bildirilib ki, sözügedən addım koronavirus (COVİD – 19) infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə atılıb.

Bu gün isə “Qarabağ”, “Sumqayıt” və “Keşlə” klubları rəsmi saytlarında eyni səbəbdən akademiyalarındakı bütün komandaların məşqləri martın 10-dək ləğv olunduğu diqqətə çatdırılıb.

“Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov “Report”a bildirib ki, onlar da digə klublar kimi məşqləri dayandırıblar. Həmçinin “Səbail” və “Sabah” klubunun mətbuat xidmətindən verilən məlumata əsasən, sözügedən klubların da aşağı yaş qruplarındakı komandaların məşqləri müvəqqəti dayandırılıb.

Qeyd edək ki, daha əvvəl AFFA bütün aşağı yaş qrupları üzrə liqalarda oyunları ləğv edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button