Azərbaycanda 7 bölgəni əhatə edəcək futbol festivalı

“Topaz”ın dəstəyi ilə mini futbol üzrə “Topaz” futbol festivalı 2019” keçiriləcək.

Komanda.az xəbər verir ki, futbolun inkişafına dəstək olaraq keçiriləcək bu yarış 7 bölgəni əhatə edəcək. Bütün bölgələr üzrə ümumi olaraq 56 komanda, 672 iştirakçı, onlarla könüllü iştirak edəcək. Turnir Gəncə, Qax, Xocavənd, Qusar, Lənkəran, Sumqayıt və Bakıda təşkil olunacaq. Bölgələrin qalibi sonda Bakı finalında qarşılaşacaq və festivalın qalibi paytaxtda müəyyənləşəcək. Hər bölgədə keçiriləcək turniri açılış və bağlanış mərasimləri, xüsusi viktorinalar daha da maraqlı edəcək.

Festivalda hər bir iştirakçını “Topaz” öz hədiyyələri ilə sevindirəcək. Festivalın əsas məqsədi futbolun inkişafına dəstək olmaq, futbol həvəskarlarının boş vaxtlarını səmərəli şəkildə keçirmələrinə səbəb olmaq, eyni zamanda, paytaxtla bərabər, bölgələrdə də mini futbolun təbliğatını artırmaqdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button