Azərbaycan yığmasının Slovakiya ilə 7-ci dueli

Futzal üzrə Azərbaycan millisi sabah – yanvarın 29-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya yığması ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, 3-cü qrup çərçivəsində Bakı İdman Sarayında baş tutacaq görüş millimizin bu rəqiblə sayca 7-ci dueli olacaq.

Komandalar müxtəlif vaxtlarda 6 rəsmi oyun keçirib. Bu matçların 3-də millimiz qələbə qazanıb, iki qarşılaşmada isə heç-heçə qeydə alınıb. Yalnız ilk oyunda qələbəni rəqibimiz aktivinə yazdırıb.

27.10.1995. AÇSO. Slovakiya – Azərbaycan 2:0

30.03.2013. AÇSO. Slovakiya – Azərbaycan 1:2

15.09.2015. AÇSO-pley-off. Azərbaycan – Slovakiya 3:1

22.09.2015. AÇSO-pley-off. Slovakiya – Azərbaycan 1:1

26.10.2019. DÇSO. Azərbaycan – Slovakiya 2:0

01.02.2020. DÇER. Slovakiya – Azərbaycan 3:3

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button