“Azərbaycan yığması Zaqrebdə uduzsa da, əsl xarakter göstərdi”

Litva millisinin baş məşqçisi Valdas Urbonas yoxlama görüşündə sabah Azərbaycanla qarşılaşacaqları oyundan əvvəl mətbuat konfransı keçirib.

Komanda.az xəbər verir ki, litvalı mütəxəssis oyunla bağlı bunları deyib:

  • Bakıda olmaq bizim üçün xoşdur. Yaxşı qarşıladıları bizi. Oyuna ciddi hazırlaşırıq. Həm Azərbaycan, həm də biz AÇ-2020-nin seçmə mərhələsinin ilk oyununda məğlub olduq. Azərbaycanın Xorvatiya ilə oyununu izlədim. Futbolçular məğlub olsalar da, mübarizə apardılar. Əsl xarakter göstərdilər. Millətlər Liqasındakı oyunlarınızı da izləmişdim. Baş məşqçi dəyişikliyi olsa da, millinizin futbolçuları ayrı-ayrılıqda yaxşı oyun sərgiləyir.
  • Litvanın Lüksemburq kimi komandaya məğlub olması komandanın motivasiyasına necə təsir etdi?
  • İndi futbol oynamağı hamı bacarır. Ölkənin adına baxaraq, komandasını dəyərləndirmək olmaz. Lüksemburq da zəif komanda deyil.
  • Xorvatiya ilə oyunda Azərbaycan millisində hansı futbolçunun çıxışını xüsusilə bəyəndiz?
  • Xüsusilə kimisə fərqləndirməzdim. Bütün komanda şəklində Azərbaycan yaxşı mübarizə apardı. Qol vuran futbolçunu bir az fərqləndirmək olar. Müdafiədə də komanda yaxşı oyun sərgilədi.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button