Azərbaycan millisi Türkiyə ilə qarşılaşacaq

Azərbaycan və Türkiyə milli komandaları arasında yoxlama oyunu keçiriləcək.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş yerli mətbuata müsahibəsində deyib. Günəş, 2020-ci il, mayın 26-da Antalyada Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcəklərini bildirib.

Türkiyə millisi Azərbaycandan sonra iyunun 1-də Xorvatiya, 4-də isə İrlandiya ilə yoldaşlıq görüşü keçirəcək.

AÇ-2020-nin əsas mərhələsi çərçivəsində 2020-ci ilin iyulun 17-də Türkiyə-Uels, iyunun 21-də isə İsveçrə-Türkiyə matçları Bakıda təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button