Dünya çempionatı: Azərbaycan üzgüçüləri mübarizəyə başlayır

Azərbaycan üzgüçüləri Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah Macarıstanın paytaxtı Budapeşt şəhərində təşkil olunan dünya çempionatında bu gün mübarizəyə başlayacaq.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən Komanda.az-a məlumata görə, Vəlizadə 200 metr məsafəyə, Şeyxəlizadəxangah isə 50 metr məsafəyə batterflay üsulunda qüvvəsini sınayacaq. Onlar müvafiq olaraq, iyunun 20-də və 23-də mübarizə aparacaqlar. Bu üsulda hər iki idmançının B lisenziyası var.

Yarış öncəsi milli komanda baş məşqçi Rəşad Əbdürəhmanovun rəhbərliyi altında Macarıstanın Qyor şəhərində yerli yığma ilə birgə təlim-məşq toplanışına qatılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button