Azərbaycan təmsilçisinin UEFA Region Kubokundakı rəqibi bəlli oldu

UEFA Region Kuboku turnirində 2022/2023 mövsümünün püşkü atılıb.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi ilkin mərhələdə Belarusla 2-ci qrupda mübarizə aparacaq.

1-ci qrupda isə Gürcüstan, Qazaxıstan, Estoniya təmsilçiləri qüvvəsini sınayacaq. Qrup qalibi olan komandalar növbəti raunda adlamaq üçün aralarında final görüşü keçirəcək.

Bu mərhələnin oyunları 2022-ci il mayın 1-dən iyulun 31-dək olan müddətdə keçiriləcək.

Azərbaycanı turnirdə Region Liqasının 2021/2022 mövsümünün qalibi təmsil edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button