18-ci dəfə üz-üzə

Azərbaycan Premyer Liqasının 8-ci turunda “Zirə” “Neftçi”nin qonağı olacaq.

Komanda.az “qartallar”ın rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, bu, iki komanda arasında ölkə çempionatları tarixində 18-ci duel olacaq.

İlk dəfə 2015/16 mövsümündə görüşən rəqiblər 17 dəfə üz-üzə gəlib. Bu matçların birinin nəticəsi (2:2) ləğv edilib və “qartallar”a texniki qələbə verilib. Bu 17 qarşılaşmanın yarısından çoxunda – 9 dəfə qələbə qazanan “Zirə” 5 görüşdə meydandan bir xalla ayrılıb. Yalnız üç dəfə uduzan qəsəbə təmsilçisi top fərqində də öndədir. Texniki nəticənin nəzərə alınmadığı qol sayında 21 dəfə rəqib qapısına yol tapan “qartallar” 15 top buraxıb.

“Zirə”nin bu matçlardakı qollarına 14 futbolçu imza atıb. Onlar arasında ən yaxşı bombardir Luis Alberto Diezdir. O, “Neftçi”nin qapısına üç qol vurub. Nelson Bonilla, Riçard Qadze, Vüsal İsgəndərli və Mfo Kqasvanenin hərəsinin hesabında iki top var.

9-cu dəfə “Neftçi”nin qonağı olacaq “Zirə” səfər matçlarında da üstünlüyə malikdir. 3 qələbə qazanıb, 4 heç-heçə edən “qartallar” yalnız bir dəfə rəqib meydanından xalsız ayrılıb. Bu görüşlərdə 11 dəfə fərqlənin futbolçular 10 qol buraxıblar. “Zirə” səfərdəki son 6 qarşılaşmada meydanı qolsuz tərk etməyib.

“Neftçi” – “Zirə” oyunu oktyabrın 20-də, 8-ci km stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button