“Qəbələ” – “Sumqayıt” və “Zirə” – “Neftçi” matçının hakimləri bilindi

Azərbaycan Premyer Liqasının 5-ci turunun növbəti iki oyununun da təyinatları açıqlanıb.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, sabah keçiriləcək “Qəbələ” – “Sumqayıt” görüşü Əliyar Ağayevə, “Zirə” – “Neftçi” matçı isə Elçin Məsiyevə tapşırılıb.

Bu gün keçiriləcək “Sabah” – “Keşlə” matçının baş hakimi isə Vüqar Həsənli olacaq.

Azərbaycan Premyer Liqası, 5-ci tur

2 oktyabr

Sabah – Keşlə
Bank Respublika Arena. Saat 15:30
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Rahil Ramazanov, Orxan Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev

3 oktyabr

Qəbələ – Sumqayıt
Qəbələ şəhər stadionu. Saat 14:00
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: İlham Əliyev

Zirə – Neftçi
Zirə İdman Kompleksinin stadionu. Saat 16:00
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəhim Həsənov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button