Ayxan Abbasov üçün əlamətdar oyun

Azərbaycan Premyer Liqasının 2-ci turu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov üçün yubileylə əlamətdar olub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, gənc mütəxəssis karyerasında 100-cü oyununu keçirib. Çalışdırıcı yubiley matçında “Neftçi” üzərində 2:0 hesablı səfər qələbəsinə sevinib.

Baş məşqçi kimi iki klubda – “Zirə” və “Sumqayıt”da çalışan Abbasovun debütü 2017-ci il yanvarın 29-na təsadüf edib. Həmin gün Abbasov ilk matçında “Zirə”nin AZAL üzərində ev qələbəsinə şahid olub – 2:1. Ümumilikdə, 100 qarşılaşmada 38 qələbə görən mütəxəssis 27 heç-heçə və 35 məğlubiyyətdə iştirak edib.

100 oyundan 5-i Avropa Liqası, 12-si Azərbaycan kuboku, 83-ü Azərbaycan Premyer Liqasına təsadüf edib. “Neftçi” ilə görüş həm də Premyer Liqada 30-cu qələbə olub. Abbasov 18 dəfə “Zirə”, 12 dəfə “Sumqayıt”ın baş məşqçisi kimi 3 xal qazanılmasında pay sahibi olub. Onun Premyer Liqadakı digər qarşılaşmalarında komandaları 23 heç-heçə edib və 30 dəfə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button