“Qarabağ”ın futbolçusu üçün əlamətdar oyun

Azərbaycan Premyer Liqasının 18-ci turu “Qarabağ”ın futbolçusu Maksim Medvedev üçün yubileylə əlamətdar olub.

Komanda.az xəbər verir ki, təcrübəli müdafiəçi ölkə çempionatlarının yüksək liqasında 300-cü matçını keçirib. Bu, “Sumqayıt”la ev oyununa (1:0) təsadüf edib.

Maksimin debütü 2006/07 mövsümündə gerçəkləşib. O, 14-cü mövsümü keçirdiyi Premyer Liqada yalnız bir klubda çıxış edib. Medvedevin hesabında 10 qol var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button