UEFA açıqladı – Azərbaycanın Premyer Liqa klublarının gəlirlərini

Azərbaycan Premyer Liqasında çıxış edən futbol klublarının 2018-ci maliyyə ili üzrə orta gəliri bəlli olub.

Komanda.az xəbər verir ki, Azərbaycan Premyer Liqasındakı klubların orta gəliri 3,4 milyon avrodur. Bu barədə UEFA-nın lisenziyalı klublar haqqında müqayisəli hesabatında bildirilib. Azərbaycan çempionatı bu göstəriciyə görə Avropada 28-ci sıradadır.

Ən çox gəlirli çempionat isə 272 milyon avro ilə İngiltərə Premyer Liqasıdır. Almaniya Bundesliqası 175,3 milyon avro ilə ikinci, İspaniya La Liqası isə 157,3 milyon avro ilə üçüncüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button