“Neftçi” – “Keşlə” matçının hakimləri bilindi

Azərbaycan Premyer Liqasında 4-cü tur çərçivəsində sabah keçiriləcək “Neftçi” – “Keşlə” matçının hakimləri açıqlanıb.

Komanda.az xəbər verir ki, qarşılaşmanı FİFA referisi Elçin Məsiyev idarə edəcək. Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.

Sabah keçiriləcək “Neftçi” – “Keşlə” matçı saat 18:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button