“Qarabağ”la “Keşlə”dən səfər qələbəsi

Bu gün Azərbaycan Premyer Liqasında 15-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış matçında “Zirə” “Sabah”ı qəbul edib. Meydan sahibləri bu oyunda iki cavabsız qolla qalib gəliblər.

Günün digər qarşılaşmasında turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Neftçi” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri ilk yarının sonlarında həm azlıqda qalıblar, həm də hesabda geri düşüblər. Amma paytaxt təmsilçisi ikinci hissədə bərabərlik qolunu vurmağı bacarıb. Beləcə, bu görüşdə qalib müəyyənləşməyib.

Bu gün keçirilən iki qarşılaşma ilə tura yekun vurulub.

Günün ilk oyununda “Qəbələ” turnir cədvəlində 3-cü pillədə yer alan “Keşlə”ni qəbul edib. Üç qolun qeydə alındığı qarşılaşmada qələbəni Bakı təmsilçisi bayram edib. Meydan sahibləri bu görüşdə qələbə qazanmaqla, turnir cədvəlində bir pillə irəliləmək imkanı əldə edə bilərdilər. Amma “Keşlə” buna imkan verməyib. “Keşlə” özü qazandığı qələbə sayəsində “Neftçi” ilə xallarının sayını bərabərləşdirib.

Turun son matçında “Qarabağ” səfərdə “Səbail”in qonağı olub. Ağdam klubu rəqibin böyük müqaviməti ilə üzləşsə də, matçın sonlarında vurduğu yeganə qol sayəsində yeni ilə də 3 xalla başlayıb.

Azərbaycan Premyer Liqası, 15-ci tur

1 fevral

Zirə – Sabah 2:0
Qol:
Ağabala Ramazanov, 45+1. Riçard Qadze, 78.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu, 15:00

Zirə: 1. Orxan Sadıqlı, 7. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 10. Ağabala Ramazanov, 27. Adrian Skarlatake, 6. Alvaro Ampuero, 43. Riçard Qadze, 3. Ali Sisey, 18. Anton Corc, 11. Davit Volkov, 55. Rauf Hüseynli
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 33. Yovan Krneta, 23. Mfo Kqasvane, 48. Şafik Tiqrudja, 25. Miloş Bakraç, 20. Əli Şirinov, 70. Nicat Süleymanov, 77. Cəlal Hüseynov
Baş məşqçi: Zaur Həşimov

Sabah: 1. Saşa Stamenkoviç, 27. Məqsəd İsayev, 19. Təmkin Xəlilzadə, 32. Rəşad Eyyubov (k), 77. Cavid Tağıyev, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 9. Marko Deviç, 23. Amadu Diallo, 30. Mario Marina, 11. Şakir Seyidov
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 5. Kərim Diniyev, 10. Cavid İmamverdiyev, 6. Vadim Abdullayev, 7. Coşqun Diniyev, 17. Məhəmməd Mirzəbəyov, 20. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodrigez, 26. Ozan Can Kökcü, 97. Emil Qasımov, 2. Elçin Mustafayev, 38. Arsen Ağcabəyov
Baş məşqçi: Jelko Sopiç

______________________________________________________________________________

Neftçi – Sumqayıt 1:1
Qol: Baqali Dabo, 71 – Rəhim Sadıxov, 43.
Qırmızı vərəqə: Voyislav Stankoviç, 41.
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Namiq Bəkirov
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
8-ci km stadionu, 17:30

Neftçi: 1. Səlahət Ağayev, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 93. Soni Mustivar, 11. Evangelos Platellas, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 77. Donald Gerye, 88. Saman Nərimancahan, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 10. Dario Frederiko, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 55. İbrahim Əliyev, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı, 40. Vüqar Həsənov
Baş məşqçi: Füzuli Məmmədov

Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 46. Aleksey İsayev, 22. Sərtan Taşqın, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 70. Mehdi Şərifi, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 33. Ələkbər Ağayev, 2. Rail Məlikov, 14. Elvin Bədəlov, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 8. Peyman Babayi, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev
Baş məşqçi: Ayxan Abbasov

______________________________________________________________________________

2 fevral

Qəbələ – Keşlə 1:2
Qol: İviça Juniç, 60 – Miyusko Boyoviç, 35. Sezar Meza Kolli, 40.
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu, 15:00

Qəbələ: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 74. Yusif Nəbiyev, 4. Sadiq Quliyev, 9. Ehtiram Şahverdiyev, 3. İviça Juniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 19. Rövlan Muradov, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 33. Müşfiq Nadirov,28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Abdelrafik Cerard, 55. İdris İnqilablı, 27. Samir Məhərrəmli
Baş məşqçi: Azər Bağırov

Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 22. Əfran İsmayılov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 42. Aleksandr Kristova, 30. Şaxruh Qadoyev, 90. Orxan Fərəcov, 97. Xəzər Mahmudov
Baş məşqçi: Tərlan Əhmədov

______________________________________________________________________________

Səbail – Qarabağ 0:1
Qol: Mahir Emreli, 81.
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Fərid Hacıyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“ASCO Arena”, 17:30

Səbail: 1. Aleksandr Rıbka, 7. Fəhmin Muradbəyli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 10. Maykl Esyen, 16. Peyman Keşavarz, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 9. Mirsahib Abbasov, 27. Hendrik Ekşteyn, 19. Ruslan Hacıyev, 30. Murad Qayalı, 79. Əli Sadıxov
Baş məşqçi: Aftandil Hacıyev

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 8. Markos Madera, 17. Abdullah Zubir, 9. Xayme Romero, 3. Ailton Silva, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 30. Abbas Hüseynov, 7. Araz Abdullayev, 19. Filip Ozobiç, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 27. Kvabena Ovusu, 21. Hacıağa Hacılı, 24. Nihad Tamazov, 71. Toral Bayramov, 29. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button