“Qarabağ”la “Qəbələ”dən heç-heçə

Azərbaycan Premyer Liqasında 12-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma keçirilib. Əvvəlcə “Sabah” “Keşlə” ilə üz-üzə gəlib. Son turlarda məğlubiyyət tanımayan “Sabah” bu dəfə də qələbə qazanıb.

Son turlarda uğursuz çıxış edən “Neftçi” isə bu turda “Səbail”i qəbul edib. Son çempion bu görüşdən minimal hesabla qalib ayrılıb.

Turun daha bir oyunu dünən keçirilib. “Sumqayıt” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. Qonaqlar bu oyunda darmadağına seviniblər.

12-ci tura bu gün keçirilən “Qəbələ” – “Qarabağ” görüşü ilə yekun vurulub. Qarşılaşma qolsuz bitib.

Azərbaycan Premyer Liqası, 12-ci tur

27 noyabr

Sabah – Keşlə 2:1
Qol:
Amin Seydiyev, 4. Aleksey İsayev, 12 – Sadio Tounkara, 47.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Allahverdiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Bank Respublika Arena”, 15:00

Sabah: 16. Saşa Stamenkoviç, 14. Slavik Alxasov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 26. Fofana Tiemoko, 3. Zurab Oçiqava, 17. Xuan Kamara, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev
Ehtiyat oyunçular: 32. Rustam Samigullin, 94. Yusif İmanov, 55. Şpiro Periçiç, 5. Arsen Ağcabəyov, 8. Şakir Seyidov, 21. İldar Alekperov, 33. Camal Cəfərov
Baş məşqçi: Murad Musayev

Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev, 19. Azər Salahlı, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 11. Sadio Tounkara, 9. Anatole Abanq, 72. Aldair Neto, 10. Felipe Santos, 14. Turan Vəlizadə
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 8. Tural Axundov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 21. Miyusko Boyoviç, 50. Samir Abdullayev, 55. Raul Həsənzadə, 97. Qurban Səfərov
Baş məşqçi: Sənan Qurbanov

Neftçi – Səbail 1:0
Qol: Vüsal Əsgərov, 52.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Erkin Hüseynov
8-ci km stadionu, 18:15

Neftçi: 12. Kamran İbrahimov, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 91. Ramon Maçado, 36. Mamadu Kane, 20. Mert Çelik, 37. Vüsal Əsgərov.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 10. Sezar Meza Kolli, 11. Harramiz Suares, 4. Huqo Basto, 14. Romen Bask, 7. Xorxe Korrea, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli.
Baş məşqçi: Samir Abasov.
Səbail: 1. Kamran Ağayev, 17. Elçin Rəhimli, 3. Turan Manafov, 5. Adil Nağıyev, 11. Rauf Əliyev (k), 22. Əfran İsmayılov, 6. Cabir Əmirli, 33. Domantas Şimkus, 34. Yurgen Qoxa, 30. Camal Araqo, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 14. Rahid Əmirquliyev, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 19. Ruslan Hacıyev, 2. Elton Əlibəyli, 20. Orxan Fərəcov, 38. Zeynəddin Abdurahmanov.
Məşqçi: Vüqar Məmməd.

28 noyabr

Sumqayıt – Zirə 0:3
Qol:
Təmkin Xəlilzadə, 14-pen. Qismət Alıyev, 30. Coşqun Diniyev, 79.
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sumqayıt şəhər stadionu, 16:00

Sumqayıt: 1. Tərlan Əhmədli, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 33. Eltun Turabov, 74. Yusif Nəbiyev, 5. Camaləddin Xocaniyazov (k), 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 20. Roman Hüseynov, 23. Səid Rza, 19. Xəzər Mahmudov, 37. Nicat Əliyev, 27. Nihad Ağayev, 98. Emil Əliyev
Baş məşqçi: Ayxan Abbasov

Zirə: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 26. Nemanya Andelkoviç, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Rəşad Əzizli, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 44. Dmitrios Çantakias, 11. Velves Santos, 5. Rauf Hüseynli, 51. Rüstəm Nuruyev, 25. Vüsal Əliyev
Baş məşqçi: Rəşad Sadıqov

29 noyabr

Qəbələ – Qarabağ 0:0
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Vüqar Bayramov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu, 16:00

Qəbələ: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 9. Fernan Lopes
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 8. Stefan Vukçeviç, 77. Emil Səfərov, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 27. Toral Bayramov
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borqes, 25. Vadji İbrahima, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button