“Sabah”la “Neftçi” heç-heçə ilə başladı

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünə start verilib.

Komanda.az xəbər verir ki, mövsümün açılış oyununda son çempion “Qarabağ” “Keşlə” ilə qarşılaşıb. Oyun Ağdam təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.

“Qəbələ” “Sumqayıt”ı qəbul edib. “Kimyaçılar” 2 cavabsız qolla rəqibini məğlub edərək, yeni mövsümə qələbəylə başlayıb.

Dünən “Səbail” doğma azarkeşləri qarşısında “Zirə” ilə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri bu qarşılaşmada minimal hesabla üstün olublar.

Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Bney Yehuda” (İsrail) səddini keçə bilməyən “Neftçi”, ilk tur çərçivəsində bu gün “Sabah”ı sınağa çəkib. Paytaxt derbisində qalib müəyyənləşməyib və mövsümün ilk heç-heçəsi qeydə alınıb.

Azərbaycan Premyer Liqası, 1-ci tur

16 avqust

Keşlə – Qarabağ 0:1

Qol: İbrahimli, 78.

Qırmızı vərəqə: Mehdiyev, 74 (“Keşlə”)
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov, Etibar Həsənov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Dalğa Arena”, 19:00

Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 11. Ruslan Qurbanov, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 21. Miyusko Boyoviç, 25. Con Kamara, 5. Franko Valentin Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 16. Şahin Zəkiyev, 14. Emin Mehtiyev, 19. Azər Salahlı, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 6. Rəşad Sadiqov, 71. Emin Quliyev, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov
Baş məşqçi: Tərlan Əhmədov

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 5. Maksim Medvedev (k), 20. Riçard Almeyda, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 2. Qara Qarayev, 10. Dani Kintana, 99. Maqaye Geye, 23. Fayçal Rerras, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov, 6. Simeon Slavçev, 3. Ailton Silva, 8. Markos Madera, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov, 29. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov

______________________________________________________________________________

17 avqust

Qəbələ – Sumqayıt 0:2

Qol: Mehdi Şərifi, 13; 28.

Qırmızı vərəqə: Məmmədov, 84 (“Qəbələ”)
Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu, 19:00

Qəbələ: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 8. Qismət Alıyev, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 4. Sadiq Quliyev, 99. Davit Volkov, 21. Fernan Fereyra Lopez, 77. Merab Qiqauri, 10. David Klesio Bauk, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Kamal Mirzəyev, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 19. Rövlan Muradov, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov, 55. İdris İnqilablı
Baş məşqçi: Zaur Həşimov

Sumqayıt: 1. Mehdi Cənnətov, 22. Sərtan Taşqın, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 4. Şəhriyar Əliyev, 14. Elvin Bədəlov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 70. Mehdi Şərifi, 17. Murad Xaçayev, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 9. Amil Yunanov, 2. Rail Məlikov, 11. Elgün Nəbiyev, 97. Xəyal Nəcəfov, 7. Ehtiram Şahverdiyev, 25. Baxşəli Baxşəliyev, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov

______________________________________________________________________________

18 avqust

Səbail – Zirə 1:0
Qol: Yevgeni Koçuk, 79-pen.
Hakimlər:
Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”, 20:00

Səbail: 85. Kamal Bayramov (k), 34. Ürfan Abbasov, 7. Fəhmin Muradbəyli, 32. Elvin Yunuszadə, 22. Mirabdulla Abbasov, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 8. Yevgeni Koçuk, 21. Eriko da Silva, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 12. Daniel Bojinovski, 25. Elxan Əhmədov, 4. Eltun Yaqublu, 17. Elçin Rəhimli, 26. Kamal Qurbanov, 9. Mirsahib Abbasov, 55. Adil Nağıyev, 88. Orxan Qurbanlı, 5. Vüqar Bəybalayev, 6. Maykl Esyen, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.
Zirə: 28. Boyan Zoqoviç, 14. Bəxtiyar Həsənalızadə, 8. İlkin Muradov, 4. Elvin Camalov, 7. Cavid Hüseynov (k), 23. Kqasvane Mfo, 48. Şafik Tiqrudja, 27. Adrian Skarlatake, 18. Xulio Sezar Rodriges, 5. Anastasios Papazoğlu, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 88. Tellur Mütəllimov, 10. Elvin Məmmədov, 17. Robin Nqalande, 25. Miloş Bakraç, 11. Soni Norde, 70. Nicat Süleymanov, 77. Cəlal Hüseynov.
Baş məşqçi: Samir Abasov.

______________________________________________________________________________

19 avqust

Neftçi – Sabah 1:1
Qol: Soni Mustivar, 40 – Rəşad Eyubov, 33.
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
8-ci km stadionu, 20:00

Neftçi: 1. Səlahət Ağayev, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 19. Rauf Əliyev, 11. Evangelos Platellas, 93. Soni Mustivar, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 25. Kiril Petrov, 10. Dario Federiko, 5. Anton Krivotsyuk.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 7. Namiq Ələsgərov, 17. Rəhman Hacıyev, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 26. Ömər Buludov, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Roberto Bordin.
Sabah: 71. Dmitro Bezruk, 4. Bəhlul Mustafazadə, 21. Təmkin Xəlilzadə, 10. Cavid İmamverdiyev, 15. Ruslan Abışov (k), 14. Rəşad Eyubov, 17. Məhəmməd Mirzəbəyov, 7. Coşqun Diniyev, 27. Hendrik Eksteyn, 9. Ulise Diallo, 99. Abbas Ağazadə.
Ehtiyat oyunçular: 1. Saşa Stamenkoviç, 6. Vadim Abdullayev, 22. Məqsəd İsayev, 5. Kərim Diniyev, 77. Cavid Tağıyev, 23. Amadu Diallo, 13. Filip İvanoviç, 65. Xəyal Tomarov, 97. Emil Qasımov, 11. Şakir Seyidov.
Baş məşqçi: Elşad Əhmədov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button