Qurbanovla Abasovun dueli: Kim daha üstündür?

Azərbaycan Peşəkar Futbol Liqası Premyer Liqanın 28-ci turunun “Neftçi” – “Qarabağ” matçından əvvəl hər iki komandanın baş məşqçisinin bir-birinə qarşı göstəricilərini açıqlayıb.

Komanda.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla “Neftçi”nin çalışdırıcısı Samir Abasov buna qədər 18 oyunda üz-üzə gəliblər. Bu matçlarda Qurbanovun komandası 13 dəfə qələbə qazanıb, 2 dəfə isə məğlub olub. Abasovun Qurbanova qarşı cəmi iki qələbəsi var.

Samir Abasov məşqçi kimi Qurbanovla “Neftçi” ilə yanaşı, “Sumqayıt” və “Zirə”də işləyəndə də qarşılaşıb. 

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün çempionunun müəyyənləşəcəyi “Neftçi” – “Qarabağ” oyunu bu gün, saat 20:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button