“Azərbaycan millisiylə oyunda böyük çətinliyimiz olmayacaq”

Futbol üzrə Serbiya millisinin qapıçısı Predraq Raykoviç DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburq və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, 26 yaşlı qolkiper ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:

“Lüksemburq və Azərbaycanla oyunlarda böyük çətinliyimiz olmayacaq. Komandamız hər iki matçda nəzarəti əlində saxlamalıdır. Qrupda ilk pillənin taleyini Portuqaliya ilə görüş həll edəcək. Keyfiyyətli komandamız var və bunu qrupdakı digər qarşılaşmalarda göstərmişik. Hazırda yaxşı formadayam. İnanıram ki, qarşıdakı matçlarda qapımızın toxunulmazlığını qoruyacağam”.

Oktyabrın 9-da Lüksemburqun qonağı olacaq Serbiya millisi 3 gün sonra Azərbaycan yığmasını qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button