Azərbaycan millisinin üzvünün klubunda koronavirus həyəcanı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Barış Ekincierin formasını geyindiyi Almaniyanın “Bohum” klubunun bir futbolçusu koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Koronavirusa yoluxan şəxsin adı açıqlanmayıb. Komandanın futbolçuları, məşqçi heyəti və işçiləri karantinə alınıb. Komanda avqustun 25-dən başlayacağı hazırlığını da ləğv edib.

Barış 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AÇ-2021-in seçmə mərhələsində Fransa ilə qarşılaşacağı matç üçün dəvət alıb.

Azərbaycan U-21 – Fransa U-21 görüşü sentyabrın 7-də, Sumqayıt şəhər stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button