Azərbaycan millisinin üzvü üçün 28 dəqiqə və 1 xal

Futbol üzrə İngiltərənin Birinci Liqasında (səviyyəcə üçüncü) 20-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının yarımmüdafiəçisi Serhat Taşdemirin formasını geyindiyi “Piterboro Yunayted” klubu da növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə “Portsmut” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Serhat da bu qarşılaşmanın iştirakçısı olub. O, 62-ci dəqiqədə meydana buraxılıb.

“Piterboro Yunayted” 20 turdan sonra 32 xalla 23 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button